Canlı qüvvə ilə mühafizə

Canlı qüvvə ilə mühafizə, çalışqan və xüsusi təlim keçmiş peşəkarlardan ibarət mühafizə komandamız tərəfindən həyata keçirilir və bank, ofis, təhsil ocaqları, dövlət müəssisələri, beynəlxalq təşkilatlar, xarici ölkə səfirlərinin iqamətgahları, ticarət mərkəzləri, kütləvi tədbirlər (sərgi, konsert, şou proqram, təqdimat, reklam kampaniyaları və s.) və bu kimi digər obyektlərin mühafizəsini əhatə edir.

Video Müşahidə

Təklif etdiyimiz video müşahidə sistemi Azərbaycanda yerləşən bütün obyektlərin vizual təhlükəsizliyini təmin etməyə imkan verən yüksək keyfiyyətli təsvirlər və intellektual & analitik proqram təminatı ilə təchiz edilir.Sistemin idarəsi operator tərəfindən aparılmaqla yanaşı, videoanalitik proqram təminatı ilə avtomatik bildiriş rejiminə də malikdir.Təklif olunan sistem tam avtonom işləyə bilər və müxtəlif funksional imkanlara malik videokameralar ilə təchiz edilir.Videomüşahidə sistemi rəngli rəqəmsal video kameralar, termo-görmə rejimli kameralar, yüksək sürətlə fırlanma rejimli kameralar, intellektual analitik proqram təminatlı video qeydedicilər və mərkəzi idarə operatorları kompleksi kimi elementlərdən ibarətdir.

Mərkəzləşdirilmiş mühafizə-siqnalizasiya məntəqəsi

Şirkətimiz öz obyektlərinizin mühafizəsini rahatlıqla etibar edə biləcəyiniz,xüsusi hazırlanmış naqilsiz mühafizə sensoru və nəzarət paneli təklif edir. Bu avadanlıq vasitəsilə, sizin obyektləriniz mərkəzləşdirilmiş və uzaqdan idarə olunan nəzarət nöqtəsindən mühafizə olunacaq, hər hansı şübhəli hadisə baş verdikdə mərkəzi operator tərəfindən araşdırılıb lazımi tədbirlər görüləcəkdir.

Bu avadanlıq aşağıdakı texniki xüsusiyyətlərə malikdir:

Obyektlərin infraqırmızı və akustik sensorlar vasitəsilə mühafizəsi

GSM vasitəsilə obyekt sahibinə məlumatın ötürülməsi

Obyektlərə mərkəzləşdirilmiş mühafizə məntəqəsindən texniki nəzarət

Obyektlərə əks kommunikasiya vasitəsilə texniki nəzarət

Peşəkar mühafizə xidməti axtarırsınız?