Ələkbər Abbaslı - Təsisçi-direktor

Ələkbər Abbaslı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin müxtəlif rayonlar üzrə idarələrində 35 illik iş təcrübəsinə sahibdir və şirkəti mühafizə kodeksinə əsasən ən peşəkar səviyyədə idarə edir. Ən son olaraq, Nərimanov rayon polis mühafizə idarəsində polkovnik-leytenant rütbəsi ilə rəis müavini vəzifəsini yerinə yetirmiş və 2014-cü ilin əvvəlində isə təqaüdə çıxdıqdan sonra həmin ilin noyabr ayında "İnam" MMC-ni təsis etmişdir. Ələkbər Abbaslının beynəlxalq dərəcələri də mövcuddur. Belə ki, o 2003-cü ilin yanvar ayında Amerika Birləşmiş Ştatlarının Diplomatik Təhlükəsizlik Bürosunun Nyu-Mexiko ştatının Albukerk şəhərində təşkil etdiyi Antiterrorizmə Dəstək Proqramını müvəffəqiyyətlə başa vuraraq sertifikatla mükafatlandırılmış və həmin şəhərin fəxri vətəndaşı adına layiq görülmüşdür.



Bizim ekspert komandamız

Nicat Abbaslı – şirkətimizin təsisçisi və rəhbəri, təhlükəsizlik sahəsində müasir yanaşmaları və qabaqcıl idarəetmə modellərini birləşdirən güclü liderdir. Onun 10 ildən artıq peşəkar təcrübəsi iqtisadiyyat, tədqiqat və strateji idarəetmə sahələrində formalaşıb və müxtəlif dövlət və özəl layihələrdə uğurla tətbiq olunub.

Nicat bəy iqtisadiyyat və idarəetmə üzrə yüksək beynəlxalq təhsilə malikdir və uzun illər ərzində turizm, maliyyə və dövlət xidmətlərində risklərin idarə edilməsi, monitorinq sistemləri və təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi sahələrində liderlik etmişdir. O, Azərbaycan Turizm Bürosunun Tədqiqat və İnkişaf Direktoru, Bakı Fond Birjasında Məhsul Sahibi kimi vəzifələrdə çalışaraq strateji yanaşmaların qurulmasına və inkişafına rəhbərlik edib.

Onun əsas üstünlükləri:

  • Risklərin və təhlükəsizlik risklərinin qiymətləndirilməsi və idarə edilməsi

  • Əməliyyatların optimallaşdırılması və nəzarət sistemlərinin yaradılması

  • Böhran və fövqəladə hallar üzrə idarəetmə

  • İnteqrasiya olunmuş təhlükəsizlik həlləri və analitik yanaşmalar

Peşəkar yanaşması, dəqiqliyə və etibarlılığa verdiyi önəm sayəsində Nicat Abbaslı təhlükəsizlik xidmətləri sahəsində yüksək keyfiyyət və güvən meyarları yaradır. Onun məqsədi müasir texnologiyaları və qabaqcıl metodologiyaları tətbiq edərək şirkəti innovativ və peşəkar təhlükəsizlik xidmətlərinin lideri etməkdir.

Zəfər Babasoylu

Xidmət rəisi

+994124802067
info@inamsecurity.com
Linkdin

Zəfər Babasoylu sabiq polis əməkdaşı olub, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində 32 illik iş təcrübəsinə sahibdir. Təhlükəsizlik sahəsindəki üstün bacarıqları, yüksək nizam-intizam və işinə qarşı məsuliyyətli yanaşması ilə şirkətimizdə xidmət rəisi vəzifəsini layiqincə yerinə yetirir.

Peşəkar mühafizə xidməti axtarırsınız?