Inam Security

Vizyonumuz öz dürüst, professional və zəhmətsevər komandası ilə müştərilərinin qarşılaşa biləcəyi istənilən təhlükəsizlik problemini aradan qaldırmaq üçün çalışan bir şirkət olaraq etibarlılığı ilə tanınmaqdır.

Missiyamız, sizin üzləşə biləcəyiniz istənilən təhlükəsizlik təhdidlərini aradan qaldıraraq sizin şirkətinizin, layihənizin və ya təşəbbüsünüzün uğuru üçün çalışmaqdır.

  • Etibarlılıq & Dürustlük & Bütovlük - Gördüyümüz iş etibarlı əsaslar üzərində qurulduğu üçün, biz müştərilərimizə hər şeydən öncə etibarlılığımızı, dürüstlüyümüzü və bütovlüyümüzü təklif edirik.
  • Peşəkarlıq & Keyfiyyət - Biz gördüyümüz işin keyfiyyətinə və peşəkarlıq səviyyəsinə inanırıq və müştərilərimizə ən mükəmməl şəkildə xidmət göstəririk.
  • Gizlilik - Biz sizin haqda əldə etdiyimiz bütün məlumatların gizliliyini qoruyuruq.
  • Müstəqillik & Ədalət - Biz sizin təhlükəsizliyinizi sizə rəqib şirkətin də bizim müştərimiz olması və bunun kimi digər bütün xarici faktorlardan asılı olmayaraq təmin edirik, çünki müstəqillik və ədalət sizin olduğu kimi bizim üçün də çox vacib məsələdir.

İnam Özəl Mühafizə Şirkətinin əsası 2014-cü ildə, Bakı şəhərində qoyulmuşdur və keçən illər ərzində aktiv fəaliyyəti sayəsində, əhatə dairəsini ölkənin bir çox regionlarına qədər genişləndirmişdir. Şirkət, özəl (qeyri-dövlət) mühafizə müəssisəsi kimi fəaliyyət göstərməyə imkan verən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim olunan lisenziya sahibidir.

Dürüstlük

Müqavilə tələblərinə tam uyğunluq

Geyim forması & işçi vəsiqəsini həmişə daşımaq

Nizam-intizama güclü riayət

Xronologiya

2014


İnam Mühafizə təsis edilmişdir

2015


Bakı 2015 1-ci Avropa Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlıq

2016


Əməliyyatların 10-dan artıq regiona genişləndirilməsi

2017


Yeni ofis

2018


Yeni vebsayt

2019


Fəaliyyətlərin 5 ilinin tamam olması

2020


Koronavirusla Mübarizə Fonduna və Silahlı Qüvvələrə Yardım Fonduna dəstək

Lisenziyamız

10 aprel 2007-ci il tarixli “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa və “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2007-ci il tarixli 596 nömrəli Fərmanına uyğun olaraq “İnam Özəl Mühafizə Şirkəti” Məhdud Məsuliyyətli Cəmiyyətinə qeyri-dövlət (özəl) mühafizə fəaliyyətini həyata keçirməsinə xüsusi razılıq olaraq ilk öncə, 24.11.2014 tarixində 5 illik lisenziya, daha sonra isə 11.07.2016 tarixindən etibarən isə müddətsiz lisenziya verilib (Lisenziya №: 084992.)

Peşəkar mühafizə xidməti axtarırsınız?